25 yaşlı təcili yardım işçisi koronavirusdan öldü
Dünya 30 Okt 2020 20:55:00 160 0
İrkutsk vilayətinin təcili yardım stansiyasının gənc feldşeri Tanara Kojevnikova koronavirusdan vəfat edib.
Son.az xəbər verir ki, heç bir xroniki xəstəliyi olmayan Tamara yaz aylarından gecə-gündüz bilmədən koronavirus xəstələri ilə məşğul olurdu. O, hər xəstənin harayına yetirdi.
"Hətta xəstəxanada xəstə halda yatanda da o başqa xəstələrin yanına qaçırdı" - deyə bacısı danışır.
Yuxusuz gecələr, normal yeməmək onun orqanizmini tükətdi. Birinci dalğada o yoluxmadı, heç vaxt şikayətlənmirdi.
Mənbə: milli.az