Azərbaycan Prezidenti xanım Berna Yılmaza başsağlığı verib


Siyasət 30 Okt 2020 20:09:00 143 0

Azərbaycan Prezidenti xanım Berna Yılmaza başsağlığı verib

Prezident İlham Əliyev xanım Berna Yılmaza başsağlığı verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:

"Hörmətli xanım Yılmaz.

Həyat yoldaşınız - qardaş Türkiyə Respublikasının dövlət xadimi və siyasi xadim Məsud Yılmazın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, əzizlərinizə və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".