ÜST: Pandemiyanın episentri yenidən Avropaya keçib


Dünya 30 Okt 2020 20:02:00 80 0

ÜST: Pandemiyanın episentri yenidən Avropaya keçib

Son yeddi gün ərzində Avropada epidemiyanın başladığı vaxtdan bəri yeni COVID-19-a yoluxma hallarının həftəlik sayının ən yüksək olması qeydə alınıb. İki həftə ərzində yoluxanların sayı artaraq 7 milyondan 9 milyona çatıb, bu gün isə 10 milyonu keçib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun rəhbəri Hans Klyuqe xəbərdarlıq edib ki, pandemiyanın episentri yenidən Avropaya keçib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, doktor Hans Klyuqe region ölkələrinin Səhiyyə nazirlərinin təcili müşavirəsində çıxış edib. Onun sözlərinə görə, Avropa ölkələrinin üçdəbir hissəsində COVID-19-la əlaqədar xəstəxanalara gətirilənlərin sayı yazdakı göstəricilər səviyyəsinə çatıb və əhalinin hər 100 min nəfərinə 10 xəstə düşüb. Ölüm hallarının sayı ötən həftə ilə müqayisədə 32 faiz artıb. Doktor Klyuqe deyib: "Ölüm hallarının ümumən artması barədə həyəcanlı xəbərlər alırıq".

COVID-19 üçün laboratoriya tədqiqatları məqsədilə yaradılmış sistemlər artmış gərginliyə davam gətirmir. Avropa ölkələrinin əksəriyyətində analizlərin müsbət nəticələrinin səviyyəsi 5 faizə çatıb. Hans Klyuqe vurğulayıb: "Küy-kələkçi kimi görünmək istəməzdim, lakin dərin narahatçılıq keçirdiyimi etiraf etməliyəm. Eyni zamanda, sizi dəstəklədiyimə əmin ola bilərsiniz".

Onun sözlərinə görə, hazırda bir çox ölkələrdə belə bir sual yaranır: tam təcrid rejimini yenidən tətbiq etmək lazımdırmı və hansı hallarda ifrat tədbirlərə əl atmaq lazımdır. Doktor Klyuqe sözünə davam edərək bildirib ki, bu cür tədbirlər səmərəlidir, lakin onlar bəzən xoşagəlməz nəticələrə gətirib çıxarır - psixoloji yardıma ehtiyac, evdə zorakılıq hallarının sayı artır, xroniki xəstəlikləri olan insanlar həkimə müraciət edə bilmir, nəticədə onlar vaxtsız vəfat edirlər.

Doktor Klyuqe maliyyə çətinliklərini, sosial müavinət üçün müraciətlərin sayının və dövlət büdcəsinə düşən yükün artmasını da xatırladıb. O vurğulayıb: "Bu reallığı nəzərə alaraq hesab edirik ki, milli səviyyədə karantin tətbiq edilməsi ən ifrat tədbir olmalıdır. Bu tədbirə əl atmazdan əvvəl öz effektivliyini təsdiqləmiş elementar vasitələrdən istifadə etmək lazımdır".

Məsələn, mütəxəssislərin hesablamalarına görə, ümumi maska rejimi, əhalinin 95 faizinin ictimai yerlərdə ağzını və burnunu örtməsi gələn il fevralın 1-nə qədər ÜST-nin Avropa regionuna daxil olan 53 ölkənin 255 min sakininin həyatını xilas etməyə imkan verər. Məsafədən iş və insanların kütləvi şəkildə toplaşmasının qadağan edilməsi də xəstələnmə hallarının sayını və ölüm hallarının səviyyəsini azaltmağa kömək edər.

BMT COVID19 pandemiyası fonunda ölkələri "açıq elm" prinsipini təşviq etməyə çağırır like
  • 30 Okt 19:52  
Dünya BMT COVID19 pandemiyası fonunda ölkələri "açıq elm" prinsipini təşviq etməyə çağırır

Belə çətin günlərdə səhiyyə sahəsindəki yeni texnologiyalar və elmi k

arrow Ətraflı
Atası Ağdamda şəhid olmuşdu, özü Bərdədə öldürüldü like
  • 30 Okt 19:47  
Digərləri Atası Ağdamda şəhid olmuşdu, özü Bərdədə öldürüldü

Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Ermənistanın Bərdə şəhərini ra

arrow Ətraflı
Düşmənə dəqiq zərbələr endirilib  VİDEO like
  • 30 Okt 19:42  
Siyasət Düşmənə dəqiq zərbələr endirilib VİDEO

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, Azərbaycan Ordusun

arrow Ətraflı
Noyabrın 2də manatın dollara qarşı məzənnəsi like
  • 30 Okt 19:41  
Digərləri Noyabrın 2də manatın dollara qarşı məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məluma

arrow Ətraflı
Ermənistan Silahlı Qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub like
  • 30 Okt 19:36  
Siyasət Ermənistan Silahlı Qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub

Ermənistan Silahlı Qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşi

arrow Ətraflı
Xaricdə yaşayan Azərbaycanlılara düşmənlə mübarizədə dəstək olaq! like
  • 30 Okt 19:35  
Siyasət Xaricdə yaşayan Azərbaycanlılara düşmənlə mübarizədə dəstək olaq!

Azərbaycanın müzəffər ordusunun döyüş meydanında ard-arda qalibiyyətl

arrow Ətraflı
Latviyalı deputat: Ermənistan təcili olaraq Azərbaycan torpaqlarını tərk etməlidir like
  • 30 Okt 19:30  
Siyasət Latviyalı deputat: Ermənistan təcili olaraq Azərbaycan torpaqlarını tərk etməlidir

Əgər Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl et

arrow Ətraflı
Narkotik satanlar tutuldular like
  • 30 Okt 19:24  
Kriminal Narkotik satanlar tutuldular

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narko

arrow Ətraflı
Əli Əsədov Türkiyənin Vitseprezidenti Fuat Oktaya telefonla zəng edib like
  • 30 Okt 19:12  
Siyasət Əli Əsədov Türkiyənin Vitseprezidenti Fuat Oktaya telefonla zəng edib

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 30-da Türkiy

arrow Ətraflı
Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır like
  • 30 Okt 19:11  
Siyasət Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır

Ordumuz tərəfindən Bərdə və Tərtər şəhərlərinə raket hücumlarını

arrow Ətraflı
İzmirdə baş verən zəlzələ nəticəsində 3040 kilometrlik seysmik xətt qırılıb like
  • 30 Okt 19:08  
Dünya İzmirdə baş verən zəlzələ nəticəsində 3040 kilometrlik seysmik xətt qırılıb

Türkiyənin İzmir vilayətində baş verən zəlzələ ilə bağlı ölkənin

arrow Ətraflı
Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edib like
  • 30 Okt 19:06  
Siyasət Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı vəziyyəti RF Təhlükəsizlik

arrow Ətraflı
Ermənistan məhbusları Qarabağa göndərir like
  • 30 Okt 19:04  
Siyasət Ermənistan məhbusları Qarabağa göndərir

Ermənistanda hərbi qulluqçu çatışmazlığı səbəbindən hökumət artıq

arrow Ətraflı
Cəlilabadda karantin qaydalarına nəzarət gücləndirilib like
  • 30 Okt 19:00  
Digərləri Cəlilabadda karantin qaydalarına nəzarət gücləndirilib

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus in

arrow Ətraflı