Ermənistan Silahlı Qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub


Siyasət 30 Okt 2020 19:36:00 151 0

Ermənistan Silahlı Qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub

Ermənistan Silahlı Qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twiter" hesabında bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan Tərtər rayonunun Ələsgərli kəndinə "Smerç" raketi atıb: "Raket tezliklə ANAMA tərəfindən zərərsizləşdiriləcək. Xoşbəxtlikdən raket partlamayıb".