Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır


Siyasət 30 Okt 2020 19:11:00 141 0

Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır

Ordumuz tərəfindən Bərdə və Tərtər şəhərlərinə raket hücumlarını həyata keçirən 3 ədəd "Smerç" yaylım atəşli reaktiv sistem məhv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Azərbaycan Ordusu daha 9 kəndi işğaldan azad edib: "Hazırda cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Qələbə bizimlədir!".

Son.az