Hakim Halil Sezai ilə bağlı qərar verdi


Digərləri 30 Okt 2020 18:54:00 161 0

Hakim Halil Sezai ilə bağlı qərar verdi

67 yaşlı qonşusunu döyməkdə ittiham olunan müğənni Halil Sezainin məhkəməsi baş tutub.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçının həbs edilməsi tələbi ilə baş tutan məhkəmədə şikayətçi Hüseyin Meriç və hər iki tərəfin vəkilləri iştirak etsə də, Halil Sezai məhkəməyə virtual qatılıb.

İfaçı məhkəmədə silahla təhdid etmə, təhqir, mülk toxunulmazlığını pozmaq, silahla qəsdən adam yaralama kimi cəzalarla ittiham olunub.

Məhkəmə prosesi zamanı məşhurun 13 il 10 ay müddətində həbs olunması haqqında iddia irəli sürülsə də, ona 1 il 11 ay cəza verilib. Sonra isə Sezai sərbəst buraxılıb.