İzmirdə baş verən zəlzələ xəbəri bizi çox kədərləndirdi


Siyasət 30 Okt 2020 18:05:00 118 0

İzmirdə baş verən zəlzələ xəbəri bizi çox kədərləndirdi

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İzmirdə baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib.

Son.az bildirir ki, bu barədə XİN başçısı rəsmi "Twitter" səhifəsində yazıb.

O bildirib: "Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi. Bu çətin gündə Can Qardaşımızın yanında olduğunuzu bildiririk. Keçmiş olsun, dualarımız sizinlə".

Son.az