İspaniyada COVID19 koronavirusunun yeni mutasiyası aşkar edilib


Dünya 30 Okt 2020 18:12:00 169 0

İspaniyada COVID19 koronavirusunun yeni mutasiyası aşkar edilib

İspaniyada COVID-19 koronavirusunun yeni mutasiyası aşkar edilib.

Son.az Trend-ə istinadən bildirir ki, aparılan təhlillər onu göstərir ki, koronavirusun yeni ştammı son 4 ay ərzində geniş yayılıb.

Bu mutasiyanın ilk nümunələri iyul ayına aid olub.

Qeyd olunur ki, hazırda İspaniyada yayılan COVID-in 90 faizi məhz yeni ştamma aiddir.

Bundan başqa, həmin növ Böyük Britaniya, İrlandiya, Almaniya, İtaliya, Honq Konq, Yeni Zelandiya və Avstraliyada qeydə alınıb.