Yunanıstanda da güclü zəlzələ olub


Dünya 30 Okt 2020 17:39:00 176 0

Yunanıstanda da güclü zəlzələ olub

Yunanıstanın Samos adasında Rixter cədvəli ilə 6,9 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələ nəticəsində bir sıra binalarda, o cümlədən kilsə binasında dağıntılar qeydə alınıb. Zəlzələ paytaxt Afina şəhərində də hiss edilib.

Bir nəfərin xəsarət aldığı deyilir. Yeraltı təkanlar 10 saniyə davam edib.

Zəlzələ ilə əlaqədar ölkənin baş naziri Kiriakos Mitsotakisin televiziya ilə müraciəti təxirə salınıb.