İzmirdəki zəlzələdə azərbaycanlıların xəsarət alması ilə bağlı hələ ki məlumat yoxdur


Dünya 30 Okt 2020 16:57:00 158 0

İzmirdəki zəlzələdə azərbaycanlıların xəsarət alması ilə bağlı hələ ki məlumat yoxdur

İzmir şəhərində baş verən zəlzələdə azərbaycanlıların xəsarət alması ilə bağlı hələ ki məlumat daxil olmayıb.

Son.az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyi İzmir valiliyi və Türkiyənin Fövqəladə Hallar Nazirliyi ilə əlaqə yaradır:

"Bu xüsusda hər hansı əlavə məlumat olduğu zaman ictimaiyyətə məlumat veriləcək".