COVID19: Fransada koronavirusa 47 637 yeni yoluxma qeydə alınıb


Dünya 30 Okt 2020 12:23:00 164 0

COVID19: Fransada koronavirusa 47 637 yeni yoluxma qeydə alınıb

Fransada son sutkada COVID-19 epidemiyasına 47 637 yeni yoluxma, 235 ölüm faktı qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat verib.

Bildirilib ki, ölkədə epidemiya başlayandan koronovirusun 36 020 qurbanı olub. Fransada COVID-19-a yoluxanların ümumi sayı 1 282 769-a çatıb.

Hazırda xəstəxanalarda 21183 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 3156 xəstəsi müalicə alır.

Pandemiyanın ikinci dalğası ilə üzləşən hökumət oktyabrın 30-dan qüvvəyə minən ən azı 4 həftəlik təcridolma rejimi tətbiq etməyə məcbur olub. Ancaq təcridolma rejiminin yanvarın sonunadək davam edəcəyi ilə bağlı fikirlər səsləndirilir.