Gürcüstanda 1 696 yeni yoluxma,


Dünya 30 Okt 2020 11:39:00 165 0

Gürcüstanda 1 696 yeni yoluxma,

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 696 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 37 263 nəfərə, ölənlərin sayı 285 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 19 810 nəfərin sağaldığı bildirilir.