"Zoom VPNsiz işləməlidir"


Digərləri 30 Okt 2020 11:28:00 189 0

"Zoom VPNsiz işləməlidir"

Son iki həftədə onlayn dərslərin keçirilməsi üçün müəyyən hazırlıqlar görülüb, teams, zoom platformalarının daha işlək olması üçün aidiyyətlı qurumlarla iş aparılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, təxminən 10 gün ərzində vəziyyət təhlil edilib və bütün məktəblərdə onlayn dərslərin keçirilməsi barədə qərar verilib: "Təbii ki, bu qərarın icrasında müəyyən çətinliklər olacaq. Qarşıdakı bir necə həftədə dərslər onlayn olacaq. Onlayn təhsil hazırda daha məqbul hesab edilir.

Nazir bildirib ki, təqdim olunan zoom, teams VPN-lə işləsə, müəyyən problemlər yarana bilər. Ona görə də bu platformalar VPN-siz işləməlidir".