Gürcüstanda dəhşətli qəza:


Dünya 30 Okt 2020 09:44:00 173 0

Gürcüstanda dəhşətli qəza:

Gürcüstanın Tbilisi-Senaki-Leselidze avtomobil yolunda yük maşını ilə mikroavtobus toqquşub, nəticədə 5 nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında yolun 77-ci kilometrində  baş verib.

Bildirilib ki, yük maşını Türkiyə dövlət qeydiyyat nişanlı olub.

Faktla bağlı cinayət işi açılıb.