Braziliyada bir gündə 513 nəfər virusdan öldü


Dünya 30 Okt 2020 09:27:00 166 0

Braziliyada bir gündə 513 nəfər virusdan öldü

Braziliyada son sutka ərzində daha 26 106 nəfərin koronavirus infeksiyasına yoluxması, 513 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 494 376 nəfər yoluxub. Bu müddət ərzində 158 969 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 4 954 159 xəstə müalicə olunaraq sağalıb.