Məşhur saytlar azərbaycanlı izləyicilərin və oxucuların etirazlarından sonra səhvlərini düzəldiblər FOTO


Digərləri 30 Okt 2020 08:40:00 131 0

Məşhur saytlar azərbaycanlı izləyicilərin və oxucuların etirazlarından sonra səhvlərini düzəldiblər  FOTO

Fransanın "France 24" telekanalı və məşhur "Yahoo.com" saytında guya Xankəndi şəhərinin Azərbaycan Ordusu tərəfindən raket atəşinə tutulması ilə bağlı məlumat dərc olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki internet resursunda dərc olunan məlumat Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi terror hadisəsi zamanı çəkilən foto ilə birlikdə yayımlanıb.

Belə ki, saxta xəbər yaymaqla kifayətlənməyən saytlar ermənilərin Bərdə şəhərində törətdiyi terror aktından sonra çəkilən fotonu Dağlıq Qarabağda lentə alınmış foto kimi təqdim edib.

Daha sonra azərbaycanlı oxucuların, izləyicilərin çoxsaylı şikayət və etirazlarından sonra hər iki sayt fotonu xəbərdən çıxarıb.