ÜST dünyada sutkada 479 mindən çox koronavirus yoluxma faktını qeydə alıb


Dünya 30 Okt 2020 08:26:00 127 0

ÜST dünyada sutkada 479 mindən çox koronavirus yoluxma faktını qeydə alıb

ÜST dünyada sutkada 479 mindən çox koronavirus yoluxma faktını qeydə alıb.

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 44 milyon nəfəri ötüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 44 351 506 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 1 171 255 nəfəri vəfat edib.