Bərdədə raketin atıldığı yer təsadüfən seçilməyib


Siyasət 29 Okt 2020 15:04:00 121 0

Bərdədə raketin atıldığı yer təsadüfən seçilməyib

Raket Bərdədə ticarət obyektləri yerləşən əraziyə düşüb. Ermənistan bilərəkdən insanların daha çox olduğu yeri seçib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev deyib.

Onun sözlərinə görə, düşmən Bərdəni təsadüfən seçməyib. Bərdə Gəncədən sonra daha çox infrastruktur olan yerdir, ticarət daha çoxdur.