Amerika Azərbaycanlıları Şəbəkəsi Bərdə terroru ilə bağlı məktub kampaniyasına başlayıb


Siyasət 29 Okt 2020 14:39:00 132 0

Amerika Azərbaycanlıları Şəbəkəsi Bərdə terroru ilə bağlı məktub kampaniyasına başlayıb

Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) oktyabrın 28-də işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın Bərdə şəhərinə edilən raket hücumu ilə bağlı Tramp administrasiyasını, media şəbəkələrini, tanınmış rəsmi şəxsləri və ictimai xadimləri məlumatlandırmaq üçün məktub kampaniyasına başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, məktubda qeyd edilir ki, raket hücumu nəticəsində 21 nəfər həlak olub, 60-dan çox şəxs yaralanıb, xeyli sayda yaşayış ərazilərinə, mülki obyektlərə ciddi ziyan dəyib.

"Ermənistan Respublikasının ərazisindən edilən raket hücumunun şəxsən Ermənistanın Müdafiə naziri David Tanoyanın sifarişi ilə edildiyi bildirilir. Döyüş meydanında Azərbaycan ordusuna uduzan Ermənistan, Azərbaycanın çevik cavab tədbirlərinə davam gətirə bilməyərək genişmiqyaslı regional müharibəyə başlamaq qərarı verib.

Sizdən xahiş edirik ki, bu qısa məktubu seçilmiş rəsmilərə, Tramp administrasiya-sına və media şəbəkələrinə göndərməklə onları Ermənistanın təcavüzkar hərəkətləri və beynəlxalq hüququ pozması ilə bağlı məlumatlandırasınız"- deyə məktubda bildirilir.

Məktub bu linkdə: https://www.votervoice.net/AZERI/Campaigns/77936/Respond