Ağsuda 9 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulub FOTO


Digərləri 29 Okt 2020 13:59:00 168 0

Ağsuda 9 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulub  FOTO

Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması da bu tədbirlər sırasındandır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a bildirilib ki, başlanğıcını Ağsu şəhərindən götürən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun ümumi uzunluğu 39 km-dir. Yolun Ağsu-Qaradağ hissəsi 20.3 km, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18.7 km təşkil edir.

Yenidənqurma işləri çərçivəsində yararsız örtük mexanizmlə sökülüb, torpaq yatağının yararsız hissələri ekskovatorla qazılıb çıxarılıb və ərazidən daşınıb, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun normativ eninin alınması üçün genişləndirmə işlər görülüb.