30 hərbçi meyiti və iki mülki şəxs Ermənistana təhvil verildi


Siyasət 29 Okt 2020 13:48:00 139 0

30 hərbçi meyiti və iki mülki şəxs Ermənistana təhvil verildi

Azərbaycan 30 hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib.

Son.az xəbər verir ki, bu barədə hazırda Bərdə-Tərtər zonasında olan Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev bildirib ki, 30 erməni əsgər və zabitin meyiti, eyni zamanda, əsir düşmüş iki mülki şəxs Tovuz-Qazax istiqamətində Ermənistana təhvil verilib.

Prezidentin köməkçisi qeyd edib ki, bu məsələdə Rusiya Müdafiə naziri Sergey Şoyqunun böyük rolu olub.