Ermənistan terroru nəticəsində Bərdədə öldürülən şəxslərin adları açıqlanıb SİYAHI


Digərləri 28 Okt 2020 21:10:00 218 0

Ermənistan terroru nəticəsində Bərdədə öldürülən şəxslərin adları açıqlanıb  SİYAHI

Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

Son.az Baş Prokurorluğa istinadən Bərdə terrorunun qurbanlarının siyahısını təqdim edir

1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı

1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu 1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı 1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu 1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı 1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı 1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu 1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu 1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu 1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu 1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu 1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu 1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu 1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu 1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu 1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu 1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu 1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu 1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu 1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu 1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir)