Dünən Bərdədə yaralanan daha 1 qadın vəfat etdi


Digərləri 28 Okt 2020 17:32:00 149 0

Dünən Bərdədə yaralanan daha 1 qadın vəfat etdi

Ötən gün ermənilərin Bərdəyə atdığı raket nəticəsində yaralanan daha bir şəxs vəfat edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistanın 27 oktyabrda şəhərdə törətdiyi təxribat nəticəsində ağır yaralanan Əliyeva Almaz Salah qızı bu gün keçinib. 1961-ci il təvəllüdlü qadın xəstəxanada müalicə alırdı.

Xatırladaq ki, ermənilərin dünən Bərdəni vurması nəticəsində 4 nəfər həlak olmuşdu, 13 nəfər isə yaralanmışdı.

Bu gün növbəti dəfə şəhərə atılan raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-i yaralanıb.