Bakıda evə basqın edən şəxs bir nəfəri bıçaqladı


Kriminal 28 Okt 2020 16:42:00 170 0

Bakıda evə basqın edən şəxs bir nəfəri bıçaqladı

Bakıda quldurluq hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki fərdi yaşayış evlərindən birinə daxil olan naməlum şəxs ev sakini, 2004-cü il təvəllüdlü Bayramov Valeh Əhməd oğlu ilə qarşılaşıb. Onlar əlbəyaxa dava ediblər. Dava zamanı V.Bayramov bıçaqlanıb. Səs-küyə V.Bayramovun valideynləri gəlib. Hadisəni törədən şəxs qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.