“Charlie Hebdo”nun Ərdoğanla bağlı karikaturasına rəsmi reaksiya


Dünya 28 Okt 2020 16:09:00 135 0

“Charlie Hebdo”nun Ərdoğanla bağlı karikaturasına rəsmi reaksiya

Fransanın "Charlie Hebdo" jurnalı daha bir qalmaqala imza atıb. Daha öncə Məhəmməd peyğəmbərlə bağlı təhqiramiz karikatura dərc edən nəşr indi də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb. Fransa Prezidenti Emmanuel Makronun İslam dünyasını hədəfləməsindən cəsarətlənən jurnal Ərdoğanın karikaturasını üz qabığı seçib. Sosial şəbəkələrdə jurnalın ünvanına kəskin reaksiyalar, tənqidlər səsləndirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu məqamda Türkiyə rəsmi dairələri səssiz qalmayaraq tvitter hesablarında açıqlama yayıblar.

Prezidentin köməkçisi Fuad Oqtay:

"Fikir azadlığının arxasında gizlənərək heç kimi aldada bilməzsiniz! Tövbə bilməyən fransız əskisinin Prezidentimizlə bağlı əxlaqsız yayımını qınayıram. Mənəviyyat, vicdana sahib beynəlxalq ictimaiyyəti bu rüsvayçılığa qarşı danışmağa çağırıram".

Xəzinə və Maliyyə naziri Berat Albayrak:

"İfadə azadlığı pərdəsi altında Prezidentimizə əxlaqsızcasına hücum edən fransız jurnalını şiddətlə qınayıram. "Charlie Hebdo"nun etdiyi yumor deyil, tərbiyəsizlikdir!"

AKP-nin sözçüsü Ömer Çelik:

"Fransız jurnalı nifrət yayan orqana çevrilib. Prezidentimizlə bağlı əxlaqsız buraxılışını şiddətlə qınayırıq. Bu yayım anlayışı fikir azadlığı deyil, dini inanclara qarşı düşmənçilikdir. Bu zehniyyət diksindirici bir hala gəlib çıxıb".