Abşeronda evlərdən oğurluq edən şəxs saxlanıldı


Kriminal 28 Okt 2020 15:58:00 197 0

Abşeronda evlərdən oğurluq edən şəxs saxlanıldı

Abşeronda evlərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, avqustun 6-dan oktyabrın 26-dək olan müddətdə rayon ərazisində 1 avtomobildən 3500 manat pul və qol saatı, 2 evdən isə ümumilikdə 350 manat pul, qızıl-zinət əşyaları və qol saatı oğurlanıb. Keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Rəsulov şübhəli şəxs qismində saxlanılıb.