Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı


Kriminal 24 Okt 2020 15:00:00 229 0

Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı

Son.az kulis.az-a istinadən məşhur xanəndə, Azərbaycanın Xalq Artisti Hacıbaba Hüseynov haqqında maraqlı faktları təqdim edir.

Hacıbaba Hüseynəli oğlu Hüseynov 15 mart 1919-cu ildə Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi ailəsində anadan olub. O, atası Hüseynəli kişi ilə anası Seyid Fatimənin ilkiydi. Ondan sonra ailədə yeddi uşaq da dünya gəlib. Amma biri uşaqkən vəfat edib. Qalanları uzunömürlü olublar. Böyük ailəsini dolandırmaq üçün Hüseynəli kişi daş daşıyır, ağır işlər görürdü. Hüseynəli kişi də, Seyid Fatimə də dindar adam idilər.

***

Hacıbaba erkən yaşlarında məscidlərdə, yas məclislərində nohə və mərsiyyə söyləyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov Zülfünün oxuduqlarını təkrar edir, ona oxşamağa çalışır.

Əslində, ata nənəsinin Hacıbabadan gözlədikləri başqaydı. Nənəsi onun dini savad alıb axund olmasını istəyirdi. Bu ümidlə: "İstəyirəm Hacıbaba mollaxanaya getsin", - deyirdi. Sonralar yaşlı qadın sevimli nəvəsinin axund olmamasına təəssüflənir, göz yaşı tökürdü: "Mən uşağımı mollaxanaya qoyacaqdım. Onu axund görmək istəyirdim. Gör, uşağım getdi nə oldu...". ***

Hacıbabanın da yaxşı səsi olduğunu məhəllədə hər kəs bilirdi. Hələ uşaq olanda onu dəfələrlə məscidə azan verməyə aparmışdılar. Tezliklə bu xəbər Hacıbabanın oxuduğu məktəbə də çatır. Sovet hakimiyyətinin dinə, dindarlara qarşı mübarizə apardığı, insanları allahsızlaşdırmağa çalışdığı illər idi. Belə bir vaxtda sovet məktəblisinin məscidə getməsinə, azan oxumasına etinasız qalmazdılar. Hacıbabanı da müəllimi buna görə danlayırdı. Körpəlikdən dini söhbətlər eşidən, dinə bağlı olan məktəblini müəlliminin sözləri bərk qəzəbləndirir. Ona görə də masanı qaldırıb onun başına çırpır və məktəbdən çıxır. Beləcə, Hacıbaba Hüseynovun təhsili həyatı 4-cü siniflə bitir.

Atası ilə birlikdə dənizə çıxır, hələ bərkiməmiş qollarının gücüylə qayıqla gətirilən malları daşıyır. Sonra bir sənət sahibi olmaq üçün xarratlığı öyrənir.

***

Ona qədər nəsillərində oxuyan olmamışdı. Kiçik yaşlarında arabir dodaqaltı zümzümə etdiyinə görə atası xəbərdarlıq etmişdi: "Bilirəm səsin var, hərdənbir mızıldanırsan. Amma birdən çaşıb xanəndə-zad olarsan ha..."

***

Atasının xəstəliyə tutulması, bir müddət yataqdan qalxa bilməməsi Hacıbabanın qayğılarını daha da artırır. Hüseynəli kişi vəfat edəndə Hacıbaba iyirmi bir, iyirmi iki yaşlarındaydı. Atasını itirəndən sonra ailənin yükünü təkbaşına çiyinlərinə götürməli olur. Xarrat kimi işlədiyi zavodda böyük hörmət qazanır. Elə buna görə də onu müharibəyə aparmırlar. 1943-cü ildə ona çağırış vərəqi gəlir. Yola düşməyə az qalmış Hacıbabanı vaqondan düşürdürlər ki, əmr var, sən gərək burda qalasan.

Bir gün anasını qohumlarıgilə aparanda qonşuda bir qız görür. Əslən qarabağlı olan qızın adı Mehparəydi. O da nənəsigilə qonaq gəlibmiş. Hacıbaba Mehparəyə vurulur. Qızla evlənmək istədiyini anasına söyləyir. Elçi gedirlər. 24 yaşlı Hacıbaba 19 yaşlı Mehparə ilə 1943-cü ildə ailə qurur. Ancaq müharibə olduğu üçün toy etmirlər. Sonralar Hacıbaba Hüseynov zarafatla deyərmiş: "Camaat aclıqda arvadını boşayırdı, mən isə evləndim".

***

Yeni evlənənlərə Çəmbərəkənddə baba evində balaca bir otaq ayırırlar. Qara çörəyin güclə tapılan günlərində Hacıbaba həyat yoldaşına təsəlli verir:

"Darıxma, bir az döz. İndi müharibədir. Sonra səni elə yedirib-geyindirəcəyəm ki, hamı barmaqla göstərib deyəcək ki, Hacıbabanın arvadına bax"...

Əlli bir illik evlilikləri boyunca çox gözəl günlər yaşayırlar. Uzun illər övlad həsrəti çəksələr də, onların övladı olmur. Nəhayət belə qərara gəlirlər ki, Mehparə xanımın bacısı qızı Sədaqət xanımı övladlığa götürsünlər. Sədaqət xanım müsahibələrinin birində danışır: