"Bir ay öncə "çıx get" deyirdik, amma indi..."


Şou-biznes 21 Okt 2020 14:30:00 241 0

"Bir ay öncə "çıx get" deyirdik, amma indi..."

Aparıcı və aktyor İlkin Həsəni "Facebook" səhifəsində maraqlı paylaşım edib.

Son.az big.az-a istinadla xəbər verir ki, aparıcı 2020-ci il haqında bu fikirləri səsləndirib:

"Yaşadığımız bu ildə hadisələr o qədər tez dəyişdi ki, adam hisslərini cilovlaya bilmir. 1 ay öncə "çıx get, 2020" dediyimiz halda indi, "sən nə gözəl ilsən" deyirik.

O qədər bu hadisələrin içindəyik ki, cəbhədən şad xəbər eşitməyəndə məyus oluruq. Bu aralar doğum gününü qeyd edənlər də mənimlə razılaşar ki, hal-hazırda o hayda deyilik. Cəbhədən gələn xoş xəbərlər isə ən böyük hədiyyədir bizim üçün!

Ona görə də bütün dostlardan, tanışlardan, yaxınlardan xahiş edirəm ki, fotomu paylaşıb təbrik etməyin. Vallah səmimi deyirəm, elə zəfər xəbərlərimizi paylaşın bəs edər.