Mülki əhali arasında təbliğattəşviqat işləri davam edir VİDEO FOTO


Siyasət 18 Okt 2020 00:02:00 225 0

Mülki əhali arasında təbliğattəşviqat işləri davam edir  VİDEO  FOTO

Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu gün xalqa müraciətində Füzuli şəhərinin və ətraf bir neçə kəndin azad edilməsi xəbəri operativ şəkildə çap olunmuş bülletenlər və səyyar radioqovşaq vasitəsilə mülki sakinlərə çatdırılır. Hər gün cəbhədən gələn qələbə xəbərləri hər bir azərbaycanlını sevindirir.

Keçirilən tədbirlər cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanır.