Vüqar Rəhimzadə: Ermənistanın Gəncədə törətdiyi növbəti qətliam vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi


Siyasət 17 Okt 2020 23:24:00 68 0

Vüqar Rəhimzadə: Ermənistanın Gəncədə törətdiyi növbəti qətliam vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi

"Son günlər qəhrəman Gəncə şəhəri Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı Azərbaycan xalqının müqavimət rəmzinə çevrilib. Bunu oktyabrın 16-dan 17-nə keçən gecə baş verən qanlı hadisələr bir daha sübut etdi. Gecə saat 1 radələrində terrorçu Ermənistan dövləti tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri və yarım milyona yaxın əhalisi olan Gəncənin yenidən, bu dəfə daha amansız şəkildə raket atəşinə tutulması nəinki vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi."

Son.az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı müharibə cinayəti və dövlət səviyyəsində terror aktları həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdləri növbəti dəfə tam iflasa uğradı: "İşğalçı Ermənistanın dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə məruz qalmış Gəncə əhalisi, ümumilikdə bütün xalqımız yağı düşmənin mülki vətəndaşlara qarşı yönəlmiş bu alçaq, insanlığa sığmayan hərbi cinayətlərinə baxmayaraq, Vətənimizin və dövlətimizin taleyinin həll olunduğu bu ağır günlərdə heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini tələb edir."

Vüqar Rəhimzadə əlavə edib ki, vətəndaşlar yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər: "Bu gün mübaribə ab-havası ilə yaşayan Azərbaycanın hər bir guşəsində, o cümlədən kəmfürsət düşmənin fasiləsiz açdığı invensiv raket atəşləri altında yaşamağa məcbur olan Gəncə şəhərində insanlar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, ona misilsiz etimad göstərir, arxasında möhkəm durduqlarını bəyan edirlər."

Baş redaktor bildirib ki, Böyük Qələbəyə köklənmiş Azərbaycan xalqından və müzəffər ordumuzdan fərqli olaraq bədbinlik içində üzülən, döyüş bölgələrində bir-birinin ardınca ciddi məğlubiyyətə uğrayan, xüsusilə bu gün 30 il işğal altında saxladığı böyük strateji əhəmiyyətə malik Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirən işğalçı Ermənistan ordusunun müqavimət qabiliyyəti tam tükənib: "Düşmən ordusu iflic vəziyyətinə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb. Artıq qalibiyyətli Azərbaycan Ordusunun qarşısıalınmaz əks-hücumları nəticəsində müqavimət qabiliyyətini tamamilə itirən Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir. Eyni zamanda, bu gün cəbhədə bir-birini əvəz edən ardıcıl məğlubiyyət sindromu iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Ölkə daxilində baş nazir Nikol Paşinyanın həyata keçirdiyi yarıtmaz siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Pərakəndə vəziyyətdə olan ordunun şəxsi heyətində baş verən ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır, artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar. Əsgərlər arasında kütləvi fərarilik baş alıb gedir, orduda xidmətdən boyun qaçıranları məsuliyyətə cəlb etmək praktikası da heç bir nəticə vermir. Ölkədə və orduda mövcud olan son dərəcə acınacaqlı vəziyyət Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu qoymur. Artıq Paşinyan müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa cəhd göstərir. Bu çabalarının heç bir nəticə vermədiyini anlayan Paşinyan və onun yırtıcı komandası döyüş meydanında uğradığı ağır məğlubiyyəti Azərbaycanın ayrı-ayrı yaşayış məntəqələrində, o cümlədən Gəncədə günahsız mülki vətəndaşalara qarşı gecəyarısı xaincəsinə raket hücumları ilə konpensasiya etməyə çalışır."

Vüqar Rəhimzadə diqqətə çatıdırıb ki, dövlət səviyyəsində terror siyasəti həyata keçirən Ermənistan oktyabrın 17-də gecə saatlarında Gəncəyə növbəti dəfə xaincəsinə ballistik raketlərlə hücum edərək 4-ü körpə uşaq olmaqla daha 14 nəfər günahsız insanı qətlə yetirib, 55-dən artıq vətəndaşımızı yaralayıb: "Bu qanlı terror aktı bir daha beynəlxalq qanunvericiliyin, 1949-cu il Cenevrə Konvensyalarının və onların Əlavə Protokollarının tələblərinin kobud şəkildə pozulması deməkdir. Bu səbəbdən də beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın dinc mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətlərə laqeyd qalmamalı, faşist xislətli bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir."

Baş redaktor vurğulayıb ki, əgər beynəlxalq ictimaiyyət bu dəfə də işğalçı dövlətin xalqımıza qarşı törətdiyi qanlı terror aktlarını susqunluqla qarşılasa, Azərbaycan dövlətinin özü Ermənistanın hərbi-siyasi rəhbərliyini törətdiyi hərbi cinayətlərə görə cəzalandıracaq. Bu cəza isə daha amansız, terrorçu dövlətin dinc vətəndaşlarımıza qarşı törətdiyi ağır cinayətlərə adekvat olacaq, Buna heç kimin, o cümlədən Ermənistanın havadarlarının da şübhəsi olmasın."

Alimlərdən ÇAĞIRIŞ: Ən çox qoxu və dad hissinin itməsinə diqqət edin! like
  • 17 Okt 23:20  
Digərləri Alimlərdən ÇAĞIRIŞ: Ən çox qoxu və dad hissinin itməsinə diqqət edin!

İngiltərədən olan alimlər pandemiya ilə bağlı qoxu və dad hissinin itki

arrow Ətraflı
Mikoplazmoz like
  • 17 Okt 23:15  
Digərləri Mikoplazmoz

Son illər sidik-cinsiyyət sisteminin patologiyasında mikoplazmozların rolu x

arrow Ətraflı
Səhər yeməyindən əvvəl kofe içmək nəyə səbəb olur? like
  • 17 Okt 23:10  
Digərləri Səhər yeməyindən əvvəl kofe içmək nəyə səbəb olur?

Səhər yeməyindən öncə qəhvə içmək orqanizmin qan şəkəri kontrolunu

arrow Ətraflı
XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib like
  • 17 Okt 23:09  
Siyasət XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla

arrow Ətraflı
Mansory Porsche Cayenne ailsəi üçün tününq proqramını hazırlayıb  FOTO like
  • 17 Okt 23:01  
Digərləri Mansory Porsche Cayenne ailsəi üçün tününq proqramını hazırlayıb FOTO

Mansory atelyesi Porsche Cayenne ailəsi üçün hazırladığı yeni tüninq pr

arrow Ətraflı
Uşaqlarda dəmir çatışmazlığının qarşısını necə almaq olar? like
  • 17 Okt 22:55  
Digərləri Uşaqlarda dəmir çatışmazlığının qarşısını necə almaq olar?

Uşaqların inkişafında ən vacib olan elementlərdən biri də dəmirdir. Kö

arrow Ətraflı
Süd vəzi xərçənginin gizli ƏLAMƏTLƏRİ like
  • 17 Okt 22:50  
Digərləri Süd vəzi xərçənginin gizli ƏLAMƏTLƏRİ

Süd vəzi xərçənginin qadınlar arasında onkoloji xəstəliklər sırasınd

arrow Ətraflı
Döyənək like
  • 17 Okt 22:45  
Digərləri Döyənək

Döyənək qalınlaşmış və sərtləşmiş dəri sıxıntısıdır. Ayağa s

arrow Ətraflı
Hipofiz şişləri nədir və ən çox nədən yaranır? like
  • 17 Okt 22:40  
Digərləri Hipofiz şişləri nədir və ən çox nədən yaranır?

Hipofiz orqanizmin əsas vəzlərindən biridir. Endokrin sistemin əsas vəzisi

arrow Ətraflı
Audi etron GT modelinin sınaqlarının son mərhələsinə başlanıb  FOTO like
  • 17 Okt 22:30  
Digərləri Audi etron GT modelinin sınaqlarının son mərhələsinə başlanıb FOTO

Bu günlərdə yeni avtomobillərin "ovuna" çıxmış casuslar Nürbu

arrow Ətraflı
Viruslardan qorunmağın yolu: Sodalı su ilə qarqara, D və C vitaminləri qəbul etmək... like
  • 17 Okt 22:20  
Digərləri Viruslardan qorunmağın yolu: Sodalı su ilə qarqara, D və C vitaminləri qəbul etmək...

Virus və infeksiyalara, epidemik xəstəliklərə yoluxma halları qışda qapa

arrow Ətraflı
İmmundefisit virus infeksiyası like
  • 17 Okt 22:15  
Digərləri İmmundefisit virus infeksiyası

İmmundefisit virus infeksiyası kəskin limfopeniya, orqanizmin şərti pathoge

arrow Ətraflı
Boğaz ağrısına qarşı təbii çarələr like
  • 17 Okt 22:10  
Digərləri Boğaz ağrısına qarşı təbii çarələr

Payız-qış mövsümündə ən çox rast gəlinən problemlərdən biri də bo

arrow Ətraflı
General Motors elektrokarlar üçün hazırladığı mühərriki nümayiş etdirib  FOTO like
  • 17 Okt 22:01  
Digərləri General Motors elektrokarlar üçün hazırladığı mühərriki nümayiş etdirib FOTO

General Motors konserni özünün yeni elektrik güc qurğusunun bəzi detallar

arrow Ətraflı
Münhendə etiraz aksiyası keçirilib  FOTO like
  • 17 Okt 21:56  
Siyasət Münhendə etiraz aksiyası keçirilib FOTO

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı il

arrow Ətraflı