Mansory Porsche Cayenne ailsəi üçün tününq proqramını hazırlayıb FOTO


Digərləri 17 Okt 2020 23:01:00 292 0

Mansory Porsche Cayenne ailsəi üçün tününq proqramını hazırlayıb  FOTO

Mansory atelyesi Porsche Cayenne ailəsi üçün hazırladığı yeni tüninq proqramını təqdim edib. Tüninq proqramı eksteryer və interyerin yeni tərtibatını, habelə 4,0-litrlik turbomühərrikin gücünün artırılmasını nəzərdə tutur. Tüninq proqramı üçüncü nəsil Cayenne Turbo modeli, həmçinin onun kupeşəkilli versiyası üçün uyğundur.

Mansory atelyesində "qonaq olmuş" Porsche Cayenne modelini təkər tağlarının genişləndiriciləri, orijinal yan ətəkləri, iri ön splitter, böyüdülmüş diffüzör, iki arxa qanad qanadı, karbondan hazırlanmış qara rəngli kapot, güzgülər və qanadlardakı "karbon" örtmələr, habelə 23-düymlük təkər diskləri sayəsində asanlıqla tanımaq olar.

Son.az autograph.az-a istinadən bildirir ki, salondakı yeniliklər də kifayət qədərdir: döşəmə, ön panelin yuxarı hissəsi və qapı kartları dəri və alkantara ilə üzlənmiş, orijinal Porsche sükanı çıxıntılı Mansory sükanı ilə əvəz olunmuş, pedallar alüminiumdan örtmələr quraşdırılmış və ayaq altına isə qalın kilimlər sərilmişdir.

Kresloların tikişləri də dəyişib: yastıqlar, interyerin digər elementlərinə uyğun olaraq, rombşəkilli naxışlar ilə bəzədilib. Üstünlük tünd rənglərə verilsə də, tikişlər və haşiyələr parlaq rəngə malikdirlər.

Texnik hissəyə müdaxilə xüsusi səsboğucu sistemin quraşdırılması və mühərrikin çip-tüninqi ilə məhdudlaşır. Mansory mühəndisləri 4.0-litrlik V8 turbomühərrikinin gücünü 550-dən 700 at qüvvəsinə fırlanma anını isə 770-dən 900 Nm-ə qədər artırıblar. Atelye nümayəndələri təkmilləşdirilmiş krossoverin 100 km/saat həddinə qədər sürətlənməyə 0,7 saniyə daha az vaxt sərf etdiyini iddia edirlər. Məsələn, Porsche Cayenne Coupe Mansory 100 km/saat həddinə 3.2 saniyəyə sürətlənir.