Audi etron GT modelinin sınaqlarının son mərhələsinə başlanıb FOTO


Digərləri 17 Okt 2020 22:30:00 284 0

Audi etron GT modelinin sınaqlarının son mərhələsinə başlanıb  FOTO

Bu günlərdə yeni avtomobillərin "ovuna" çıxmış casuslar Nürburqrinqin "Şimal ilgəyində" dövrələr vuran Audi e-tron GT modelinin sınaq prototipini çəkməyə müvəffəq olublar. Görünən odur ki, mühəndislər bu ilin sonunda debütü gözlənilən elektrokarın idarəetmə xüsusiyyətlərinin tənzimlənməsini həyata keçirirlər. Bildiyimiz kimi, Audi e-tron GT modelinin seriya variantı son zamanlar sürətlə inkişaf edən elektrik nümayəndəlik sedanları seqmentində Tesla Model S və Mercedes-Benz EQS modelləri ilə rəqabət aparacaqdır.

Son.az autograph.az-a istinadən bildirir ki, prototip güclü kamuflyaj örtüyünə malik olsa da, bəzi stilistik xüsusiyyətləri görmək olar. Bunlara misal kimi, arxa işıq texnikasının tərtibatını göstərmək olar. Seriya modelinin 2018-ci ildə Los Ancelesdə nümayiş etdirilmiş konseptə bənzər olacağını da söyləmək gərəkdir. Bununla belə, prototipin ön barmaqlığının bir qədər nazik olduğu, sensorlu qapı dəstəklərini isə adiləri ilə əvəzləndiyi diqqəti çəkir. Bundan başqa, konsept avtomobilinin mərkəzi kilidli təkər diskləri yerlərini beş boltla bağlanan disklərə verib. Eyni zamanda, Audi şirkəti seriya elektrokarının 22-düymlük təkər diskləri ilə təchiz olunacağını təsdiqləyib.

Audi e-tron GT modelinin uzunluğu və eni A7 Sportback modelinə yaxın olmalıdır, lakin elektrokarın hündürlüyü  1370 millimetr təşkil edəcəkdir. Bu isə, batareyanın döşəmədə yerləşdirilməsinə baxmayaraq, yeni elektrokarın A7 modelindən 50 millimetr alçaq olacağından xəbər verir. Prototipin diqqət çəkən elementlərindən biri də,  qaldırılmış vəziyyətə olan arxa spoyleridir  - lakin müqaviməti azaltmaq üçün onu yığışdırmaq da olar. Aktiv antiqanad hamar altlıqla birlikdə avtomobili daha effektiv aerodinamika ilə təmin edəcəkdir. Məlum məsələdir ki, səsboğucu sistemin olmaması avtomobildə rəvan altlığı quarşdırmağa imkan verir.

Audi e-tron GT modeli Porsche Taycan elektrokarı ilə eyni texniki hissəni bölüşəcəkdir. Audi elektromobilinin komplektləşdiricilərinin 60 faizinin Porsche modeli ilə eyni olacağı bildirilir. Bu paylaşmanın əsas hissəsini transmissiya elementləri təşkil edəcəkdir - Audi e-tron GT modelində Taycan sedanından götürülmüş 523 ilə 751 at qüvvəsi arasında gücə malik olan ikimühərrikli qurğunu quraşdırıla bilər. Eyni zamanda, e-tron GT liftbekinin Taycan modelindən tanış olan 96 kilovat-saatlıq batareyanı alacağı da ehtimal edilir.  Bu isə, batareyanın 80 faizinin sürətli yükləmə cihazlarından 15-20 dəqiqə ərzində doldurmasını təmin edəcəkdir.

Audi şirkəti e-tron GT modelinin 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcəyini bildirib. Porsche mühəndislərinin hazırladığı və ardıcıl olaraq belə sürətlənmələri həyata keçirməyə imkan verən unikal proqram təminatı da Audi mühəndislərinin köməyinə gələ bilər. Çox güman ki, Audi mühəndisləri Porsche şirkətinin kataloqundan təkmilləşdirilmiş dartma vektoruna nəzarət sistemini də götürəcəkdirlər. Bu sistem iki tona yaxın çəkisi və aşağı ağırlıq mərkəzi olan elektrokarı Taycan modelindəkinə bənzər idarəetmə xüsusiyyətləri ilə təmin etməyə imkan verəcəkdir.

Buna, batareyanın yerləşdirilməsi və Audi e-tron GT modelinin karbondan hazırlanmış damı və alüminiumdan  hazırlanmış qapıları da kömək edəcəkdir. Nəticədə, avtomobilin şassisindəki ağır komponentlər aşağı hissədə yerləşdiriləcək və tamamilə poladdan hazırlanmaş avtomobillərə xas olan yelləncək effektini azaldacaqdır.