Bakıda kişi benzin töküb özünü yandırdı


Digərləri 24 Sen 2020 13:13:00 153 0

Bakıda kişi benzin töküb özünü yandırdı

Bakıda bir nəfər özünü yandırıb.

Hadisə 23 sentyabr saat 18:00 radələrində Badamdar qəsəbəsində baş verib.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a Səbail Rayon Polis İdarəsindən məlumat daxil olub.

1981-ci il təvəllüdlü Qabil Məmmədhüseynoğlu evinin qabağında üstünə benzin tökərək özünü yandırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, kişi ruhi xəstəlikdən əziyyət çəkir, bu da hadisəni törətməsinə səbəb olub.

O, 5 saylı şəhər klinik xəstəxanasının yanıq mərkəzinə aparılıb. Zərərçəkənin bədən səthinin 50%-nin yandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.