Ancelinanın qızı cinsiyyət dəyişmə terapiyasından sonra belə görünür FOTO


Digərləri 24 Sen 2020 12:16:00 185 0

Ancelinanın qızı cinsiyyət dəyişmə terapiyasından sonra belə görünür  FOTO

Ancelina Coli və Bred Pittin qızı cinsiyyət dəyişmə terapiyasından sonra tanınmaz hala düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" məlumat yayıb.

14 yaşlı Şaylo Coli-Pitt saç düzümünü dəyişib və daha çox qıza bənzəməyə başlayıb. Bu yaxınlara qədər isə ulduzların övladı şalvar geyinib özünü oğlan kimi aparırdı.

Görünür, Ancelina Coli və Bred Pittin qızı oğlan olmaq fikrindən daşınıb.

Aktrisa bugünlərdə uşaqlarla birlikdə Qərbi Hollivudda görülüb. Onları cangüdənlər müşayiət edib.

Kadrlardan birində maraqlı bir detal üzə çıxıb. Şaylo Coli-Pitt cinsiyyət dəyişmə terapiyasından sonra fərqli görünməyə başlayıb. Əgər əvvəllər Şaylo Coli-Pitt oğlan geyimləri geyinir, yöndəmsiz zahiri görünüş və qısa saç düzümünə malik idisə indi 14 yaşındakı qız uzun müddət sonra ilk dəfə çılpaq ayaqları ilə ictimaiyyət qarşısına çıxıb. Həmçinin saçları da bir qədər uzanıb və onları arxadan toplayıb.