Bakının bu rayonlarında subasma problemi həll olundu FOTO


Digərləri 24 Sen 2020 11:48:00 171 0

Bakının bu rayonlarında subasma problemi həll olundu  FOTO

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti payız-qış mövsümünə hazırlıqlar çərçivəsində tədbirləri davam etdirir. 

Son.az bildirir ki, payız və qış aylarında yağıntıların intensivləşəcəyi nəzərə alınaraq tullantı su infrastrukturunun istismar vəziyyəti yoxlanılır, şəbəkə və kollektorların, yağış barmaqlıqları və baxıcı quyuların istismar vəziyyəti öyrənilir. Tədbirlər Planına uyğun olaraq Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında subasma təhlükəsi olan nöqtələr müəyyən edilib.

Qeyd edək ki, yay mövsümündə havaların quraq və küləkli keçməsi ilə əlaqədar ətrafdakı qum, çınqıl, torpaq, eləcə də bərk məişət tullantıları kanalizasiya xətlərinə və yağış barmaqlıqlarına dolur. Xətlərdə bərk tullantıların yığılması şəbəkə və kollektorların ötürmə qabiliyyətyini azaltmaqla onların istismarını çətinləşdirir.

Sentyabr ayının əvvəllərindən kanalizasiya kollektorları, xətləri və yağış barmaqlıqlarında toplanmış bərk tullantıların təmizlənməsi, həmçinin onların yuyulması istiqamətində kompleks tədbirlərin icrasına başlanıb. Yığılmış bərk tullantıların çıxarılması xüsusi texnika vasitəsilə həyata keçirilir.

Xüsusi texnikanın köməyi ilə kollektorlara yüksək təzyiqlə su vurularaq çöküntülər təmizlənir və lilsoran qurğu vasitəsilə çıxarılır. Kollektorların, xətlərin və yağış barmaqlıqlarının təmizlənməsi mövcud infrastrukturun tam gücü ilə işləməsinə gətirib çıxarır. Bununla da xətlərdəki tutulmaların qarşısı alınır və intensiv yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur.