Psixoloq onlayn dərslərin mənfi və


Digərləri 24 Sen 2020 11:26:00 174 0

Psixoloq onlayn dərslərin mənfi və

Bugünkü pandemiyadan ən çox təsirlənən sahələrdən biri uşaqların sosiallaşması, onların düzgün fiziki və pedaqoji inkişafı ilə bağlıdır.

Son.az bildirir ki, bunu Trend-ə psixoloq Elnarə Baxışlı deyib.

Onun sözlərinə görə, qeyd olunan sahələr sağlam şəxsiyyətin formalaşması üçün zəruri şərt hesab olunur:

"Təbii ki, onlayn, virtual təhsil kimi hər bir yeniliyin həm müsbət, həm də mənfi təsirləri var. Çünki bu, könüllü seçim deyil, bunu etmək məcburiyyəti var. Onlayn təhsil əvvəlki illərdə də bəzi ölkələrdə olub. Məsələn, əlverişsiz şəraiti olan Avstraliyada bu tətbiq edilib, lakin orada bu, fərdi seçim əsasında olub".

Onlayn təhsilin mənfi tərəfini qeyd edən psixoloq hesab edir ki, davamlı olaraq, telefon və kompüterlə keçən bir həyat tərzi uşaqların fiziki inkişafında problemlər yaradacaq. Evdə ailədaxili vəziyyətlə bağlı da narahatlıq varsa, bu, uşağa onlayn dərsdə oturmaqda çətinlik yaradacaq. Çoxuşaqlı imkansız ailələrin uşaqları da eyni vaxtda telefon və ya kompüterdə dərs keçə bilməyəcəklər. Digər tərəfdən, müəllimin eyni vaxtda onlayn olaraq bütün uşaqları izləmə imkanı olmaya bilər.

Psixoloq qeyd edib ki, internet problemləri dərsin axıcılılığını, emosional təsirini azaldacaq.