Terrorçu dəstəsi ilə Azərbaycana qarşı vuruşmağa hazırlaşan ermənilər...


Siyasət 24 Sen 2020 11:04:00 188 0

Terrorçu dəstəsi ilə Azərbaycana qarşı vuruşmağa hazırlaşan ermənilər...

Son günlər Ermənistan mətbuatında Azərbaycana başqa ölkələrdən döyüşçülərin gətirilməsi ilə bağlı məlumatlar yayılır. Məlumatlarda bildirilir ki, suriyalı döyüşçülər Azərbaycana yerləşdirilir. Lakin hər zaman olduğu kimi bu məlumatın da yalan olması faktlarla sübut edilib. Məşhur türkiyəli araşdırmaçı jurnalist Levent Kemal rəsmi Tvitter hesabından açıqlama yayaraq Ermənistan mətbuatında yayılan məlumatların dezinformasiya olmasını təsdiqləyib.

Jurnalist status yazaraq Azərbaycana cəlb olunacağı iddia olunan "Həmzə" diviziyasının komandiri ilə danışdığını qeyd edib. Levent Kemal bildirib ki, sözügedən diviziyanın komandiri Seyf Əbubəkr iddiaları təkzib edib:

""Həmzə" diviziyasının komandiri Seyf Əbubəkr ilə danışdım. O, briqadasının döyüşçülərinin Azərbaycana gətirilməsi ilə bağlı məlumatları təkzib etdi. Türk ordusuna yaxın mənbələr də bunu inkar edirlər", - Levent Kemal paylaşımında bildirib.

Ermənilər bu cür dezinformasiyalar yaymaqla Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışaraq öz mənfur siyasətlərini davam etdirirlər. Onlar terror təşkilatları ilə işbirliyi edərək onların imkanlarından geniş yararlanmağa çalışırlar.

Cəbhədə təxribatlar törətməklə vəziyyəti daha da gərginləşdirməyə çalışan ermənilər müharibəyə hazırlaşırlar.  Görünür, Naxçıvan istiqamətində aparılan Günnüt əməliyyatı ilə Azərbaycan Ordusunun qələbəsi ilə çətin duruma düşən Paşinyan bunu hələ də həzm edə bilmir və revanş əldə etmək planları qurur.

Lakin ordumuz Ermənistanın cavabını verməyə hər zaman hazırdır və son illər ərzində də bunun şahidi olmuşuq. Məsələn, bu ilin iyul ayında onların Tovuz rayonu istiqamətində təxribat törətməsinə baxmayaraq layiqli cavab almasını, Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyanın Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılmasını, sentyabrın 20-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatının (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edillməsini buna misal göstərmək olar.

Təəssüflər olsun ki, itkisiz döyüş olmur və sentyabrın 21-də Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. Qısa zamanda onun və digər şəhidlərimizin qanını yerdə qoymamaq üçün hər zaman müharibəyə hazır olmalı, düşmənin təxribatlarının qarşısını almaq üçün birlikdə çalışmalı, əlimizdən gələni maksimum şəkildə edərək düşmənlə mübarizə aparmalıyıq.

Umarlı Son.az