Yevlaxda velosipedçini avtomobil vurub
Digərləri 24 Sen 2020 11:10:00 155 0
Yevlaxda avtomobil velosipedçini vuraraq ağır xəsarət yetirib.
Son.az APA-ya istinadən bildirir ki, hadisə Xaldan-Xanabad avtomobil yolunun Xanabad kəndi istiqamətində baş verib.
Ağır xəsarət olan velosipedçi, 1956-cı il təvəllüdlü rayon sakini Məmmədov İlham Hümbət oğlu ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Komatoz vəziyyətdə olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az