Benzin mühərrikli avtomobillərin satışı 2035ci ildən qadağan ediləcək


Dünya 24 Sen 2020 10:04:00 163 0

Benzin mühərrikli avtomobillərin satışı 2035ci ildən qadağan ediləcək

ABŞ-da Kaliforniya ştatının hakimiyyəti benzin mühərrikli yeni avtomobillərin satışını 2035-ci ildə qadağan edəcək.

Bu barədə Kaliforniya qubernatoru Gevin Nyusom açıqlama verib. Trend TASS-a istinadən xəbər verir ki, məlumat Twitter-də yayımlanıb.

"Uzun müddətdir ki, avtomobillərin uşaqlarımızın və yaxınlarımızın işlənmiş qazlarla nəfəs aldıqları havanı çirkləndirməsinə icazə verdik. Uşaqlarımızda astmaya səbəb olmayan avtomobillərə ehtiyacımız var", - qubernator deyib.

Onun sözlərinə görə, Dövlət hava qoruma şurası 2035-ci ilədək ştatda satılan bütün yeni avtomobillərin atmosferə karbon dioksid yaymasının qarşısını alan qaydaları hazırlayacaq və 2045-ci ilə kimi bu qaydalar orta və ağır yük daşıyan maşınlarına şamil ediləcək. Qaydalar eyni zamanda yerli sakinlərinin benzinlə işləyən avtomobillərə sahib olmasını və ya istifadə edilmiş maşınlarını satmasını qadağan etməyəcək.