“Az içmək, az ünsiyyət, daim maska taxmaq”


Digərləri 24 Sen 2020 08:48:00 173 0

“Az içmək, az ünsiyyət, daim maska taxmaq”

Distant iş, toyda ən çox 15 iştirakçı, tamaşaçısız stadionlar və ən əsası axşam saat 22-də əyləncə yerlərinin bağlanması.

Bu sadalananlar Böyük Britaniyada Nazirlər Kabinetinin qəbul etdiyi yeni məhdudiyyətlərə daxildir.

Son.az oxu.az-a istinadən bildirir ki, ölkənin Baş naziri Boris Conson COVID-19-la mübarizənin qətiyyən bitmədiyini deyib.

O bildirib ki, infeksiya üzərində qələbəyə şübhə etmir. Ancaq indi intizamlı olmaq və ortaq maraqlara uyğun yaşamaq vaxtıdır.

Danimarkada da barların iş saatları məhdudlaşdırılıb. Bu ölkənin sakinləri evlərində əylənəcəklər. Evlərdə təşkil edilən əyləncələrdə bəzən hətta beş yüz nəfərin də iştirakı mümkündür.

Almaniyanın Bavariya vilayətində səlahiyyətlilər tələbləri ciddi şəkildə sadalayır və intizama çağırırlar.