İsraildə koronavirusa 6 667 yeni yoluxma var


Dünya 24 Sen 2020 08:02:00 131 0

İsraildə koronavirusa 6 667 yeni yoluxma var

İsraildə koronavirusa yoluxanların sayı 200 041 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 6 667 nəfər virusa yoluxub, 31 nəfər xəstəlikdən həyatını itirib, ölənlərin ümumi sayı isə 19 799 nəfərə çatıb.

Hazırda əhalisi 9 milyon nəfər olan İsraildə 54 322 nəfər koronavirusdan müalicə alır, bunlardan 634 nəfərin vəziyyəti ağırdır, 171 xəstəyə ciyərlərin süni havalandırma cihazı qoşulub.

Sentyabrın 18-də İsraildə oktyabrın ikinci ongünlüyünün əvvəlinə qədər davam edəcək bu ilin ikinci karantini tətbiq edilib.