BMT və Britaniya sammit keçirməyi planlaşdırır


Dünya 24 Sen 2020 08:03:00 146 0

BMT və Britaniya sammit keçirməyi planlaşdırır

Britaniya və BMT dekabrın 12-də iqlim dəyişikliyinə qarşı mübarizə sammiti keçirəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin mətbuat xidmətindən xəbər verilib.

Görüş Paris iqlim sazişinin imzalanmasının beşinci ildönümünə təsadüf edəcək.

"Son araşdırmalar istixana qazlarının konsentrasiyasının rekord səviyyəyə çatdığını göstərir. Bununla əlaqədar BMT-nin Baş katibi Antoniu Quterriş və İngiltərənin Baş naziri Boris Conson 12 dekabrda keçiriləcək dünya liderlərinin görüşünün həmsədrləri olaraq çıxış edəcəklər", - beynəlxalq təşkilatdan bildirilib.

Tədbirin əyani və ya virtual formatda keçiriləcəyinə aydınlıq gətirilməyib.