Moskvada koronavirusdan ölənlərin sayı 5 115 nəfərə çatıb


Dünya 24 Sen 2020 07:35:00 131 0

Moskvada koronavirusdan ölənlərin sayı 5 115 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 15 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 15 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusa yoluxanların sayı 1 122 241-ə, xəstəlikdən ölənlərin sayı isə 5 115 nəfərə çatıb.