Kosmosda bədii film çəkiləcək


Digərləri 23 Sen 2020 23:20:00 158 0

Kosmosda bədii film çəkiləcək

Rusiya Televiziyasının Birinci Kanalı və "Yellow, Black and White" studiyası kosmosda ilk bədii filmi çəkəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, filmin baş qəhrəmanı Beynəlxalq Kosmik Stansiyaya 2021-ci ildə "Soyuz MS" gəmisində göndəriləcək. Kinonun işçi adı "Çağırış"dır. Baş qəhrəman və onun dublyoru açıq müsabiqə nəticəsində müəyyən ediləcək.