Hindistanda koronavirusdan ölənlərin sayı 90 mini keçib
Dünya 23 Sen 2020 21:40:00 136 0
Hindistanda yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 90 min nəfəri keçib.
Trend-in "Sinhua"ya istinadən verdiyi məlumata görə, ötən gün ölkədə COVİD-19-dan 1 085 nəfərin ölümü qeydə alınıb.
Məlumata əsasən, Hindistanda bugünədək koronavirusdan ölənlərin sayı 90 020 nəfər təşkil edir.
Bildirilir ki, koronavirusa yoluxanların sayı 5 646 010 nəfər çatıb, təkcə son sutka ərzində 83 347 yeni yoluxma qeydə alınıb.
Mənbə: milli.az