Azərbaycanda yük avtomobilindən


Digərləri 23 Sen 2020 17:33:00 154 0

Azərbaycanda yük avtomobilindən

Siyəzən rayonunda ağırtonnajlı yük avtomobilinin ötmə əməliyyatının qadağan edildiyi yerdə təhlükəli manevr etməsinin görüntüləri yayılıb.

Son.az xəbər verir ki, dünən axşam saatlarında Siyəzən rayonu ərazisində brolyer şirkətinə məxsus olan TIR düz xəttin tələbinə məhəl qoymayaraq ötmə əməliyyatı edib və qarşıdan hərəkət edən 2 minik avtomobili ilə 1 yük maşınını keçib.

Qeyd edək ki, hadisə vaxtı mişar daşı aparan "KamAZ"ın sürətinin aşağı olması ərazidə 4-5 maşınlıq sıxlıq yaranıb. Bununla belə yolun ortasından çəkilmiş düz xətt burada ötməni qadağan edir. (publika.az)