Demet Akalın qonşularından şikayət etdi


Digərləri 19 Sen 2020 18:11:00 181 0

Demet Akalın qonşularından şikayət etdi

Müğənni Demet Akalın qonşularından şikayət edib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi qonşularının koronavirus infeksiyasının qarşısının alınması məqsədilə klubların bağlanmasından sonra evlərində partilər verməsindən gileylənib.

Səs-küydən narahat olan Demet aidiyyatı qurumlara səslənib. Akalın "Yenə Beykoz villalarında bitməyən yüksək musiqi səsi. Siz klubları bağladınız bunlar evi klub etdilər. Bir şey edin. Bu durum çox pisdir" deyə, söyləyib.