"Belə şəxslər pensiya alsalar da..."


Digərləri 19 Sen 2020 16:47:00 162 0

"Belə şəxslər pensiya alsalar da..."

Sosial sferada növbəti qanuna edilən dəyişikliyin pensiyalarla bağlı olacağı gözlənilir. Belə ki, əmək pensiyaları ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dəyişiklik qəbul edilərsə, bu, bir yox, bir neçə istiqamətdən ibarət olacaq.

Bunu Son.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz  Əmirov deyib.

Onun sözlərinə görə, dəyişikliklərdən biri işləyən və eyni zamanda pensiya alan şəxslərlə bağlı olacaq: "Belə ki, belə şəxslər pensiya alsalar da, paralel olaraq işlədikləri üçün əlavə vəsait toplanırdı. Məhz yeni nəzərdə tutulan dəyişikliyə görə, bu vəsait yeni pensiya kapitalı formalaşdıraraq, vətəndaşın aldığı pensiyaya əlavə ediləcəkdir. Bu zaman vətəndaşdan heç bir sənəd tələb edilməyəcəkdir. Yeni artım əlavə edildikdən sonra isə  vətəndaş avtomatik məlumatlandırılacaqdır.

Nəzərdə tutulan ikinci bir dəyişiklik isə yaşa və əlilliyə görə olan iki pensiya növünə yeni baxışın müəyyən edilməsindədir. Belə ki, hazırda yaşa görə pensiya alan vətəndaş əlillik pensiyasına keçid edə bilmir. Bunu qanun qadağan edir. Amma yeni dəyişikliyə görə bu qadağa aradan qaldırılacaq.