Məşhur musiqiçi vəfat edib
Dünya 19 Sen 2020 09:47:00 133 0
Amerikalı bəstəkar, saksafonçu Ronald Bell vəfat edib
Amerikalı bəstəkar, saksafonçu Ronald Bell vəfat edib.
Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçinin həyat yoldaşı sosial şəbəkədə məlumat verib.
O, Amerikanın Virgin adasındakı öz evində 68 yaşında dünyasını dəyişib. Ronaldın ölüm səbəbi ilə bağlı isə heç bir məlumat verilməyib.
Qeyd edək ki, "Kool & the Gang" qrupunun üzvü olan mərhum sənətçinin bəstələri "Rokki" və digər məşhur filmlərdə səsləndirilib.
Mənbə: milli.az