Hamiləliyinin son günlərini yaşayan modeldən paylaşım FOTO


Digərləri 19 Sen 2020 09:28:00 117 0

Hamiləliyinin son günlərini yaşayan modeldən paylaşım  FOTO

25 yaşlı model Cici Hadid yolunu gözlədiyi övladının artıq doğulduğu barədə söz-söhbətlərə son qoymaq üçün paylaşım edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Fələstin əsilli məşhur amerikalı modelin "Instagram" hesabından etdiyi paylaşımda kifayət qədər böyümüş qarnı diqqət çəkib.

Bununla da gənc model hələ qızının dünyaya gəlmədiyini izləyicilərinə bildirib.

O, qeyddə "fotolar hamiləliyinin 27-ci həftəsində çəkilib. Vaxt uçur", - yazıb.

Cici Hadidin bu ay doğulacaq qızının atası 27 yaşlı sevgilisi britaniyalı müğənni, model və bəstəkar Zeyn Malikdir. Onların uzun illərdir görüşdüyü məlumdur.